12.06.2024 |
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondu Vətən tarixinə və muzey işinə dair 2023-cü ildə çap olunmuş nəşrlərlə zənginləşib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hədiyyə olunan kitablar muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında Azərbaycan, rus və ingilis dillərində hazırlanan nəşrlərdir. Bu mənbələr Azərbaycan tarixinin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı, muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. ADMİU-da bir çox fənnin tədrisində zəngin və mühüm bilgiləri özündə əks etdirən bu nəşrlərdən tədris vəsaiti kimi professor-müəllim heyəti və tələbələrin istifadəsini təmin etmək məqsədilə sərgi təşkil olunub.
AZ