ADMİU-NUN KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB
ADMİU-NUN KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB
10.05.2024
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Bu münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova və professor-müəllim heyəti Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.
Həmçinin, rektor C.Mahmudova tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.