ADMİU-NUN MÜƏLLİMLƏRİ GÜRCÜSTANDA BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİBLƏR
ADMİU-NUN MÜƏLLİMLƏRİ GÜRCÜSTANDA BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİBLƏR
03.05.2024
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının baş müəllimi Pərvanə Həsənova və "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasının müəllimi Könül Sərkərnamazova Gürcüstan Respublikasının Batumi Dövlət İncəsənət Universitetinin təşkil etdiyi "Ənənələr və Müasirlik" adlı 7-ci beynəlxalq elmi konfransda iştirak ediblər.
Qazaxıstan, Özbəkistan, Ukrayna, Latviya, Macarıstan və sair kimi ölkələrdən nümayəndələrin qatıldığı konfransda P.Həsənova “Kino xronika: Azərbaycan kinosunun zəngin irsinə səyahət”, K.Sərkərnamazova isə “Sənədli kino operativ və analitik informasiya funksiyasında” adlı məruzələrlə çıxış ediblər.