14.06.2023 |
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Məryəm Əlizadənin yaradıcılıq fəaliyyətindən söz açıb. Xalq yazıçısı Məryəm Əlizadəni İlyas Əfəndiyev mükafatına layiq görülməsi münasibətilə təbrik edib. Tədbirdə Xalq yazıçısı Elçin, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid iştirak edib. Xalq yazıçısı Elçin Məryəm Əlizadənin teatr sənətinin inkişafında, tədqiq olunmasında əvəzsiz fəaliyyətinin olduğunu vurğulayıb və mükafata layiq görülməsi müansibətilə təbirk edib. Azərbacan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid görkəmli teatrşünası təbrik edib və ona yaradıcılıq uğurları arzulayıb. Məryəm Əlizadə Xalq yazıçısı İlyas Əfəndiyev haqqında xatirələrini danışıb, İlyas Əfəndiyevin onun həyatında və inkişafında mühüm rol oynadığını vurğulayıb və İlyas Əfəndiyev mükafatına layiq görülməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
AZ