28.12.2022 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov Azərbaycan Turizm İnstitutunun (ATİ) Tədqiqat və inkişaf şöbəsinin(BMTİP layihəsi olaraq) qurulmasında, ölkədə ilk ikili diplom proqramı olan Avstriya-Azərbaycan Turizm Proqramının (AATP) uğurlu həyata keçirilməsində, BMTİP, GİZ,BMU, IUCH/POSC, GFA, ATİB, Almaniyanın Ekologiya Nazirliyi, AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və s. qurumların sifarişi ilə 20-dən çox müxtəlif tədqiqatvə inkişaf layihələri həyata keçirməsində birbaşa iştirak etmişdir. Corc Vaşinqton Universiteti ilə ikili diplomproqramının yaradılmasında, 2020-ci ildə ali təhsil və 2021-ci ildə orta ixtisas təhsilsəviyyəsi üzrə dövlət təhsil proqramlarının hazırlanmasında, Avropa İttifaqının tvinninqlayihəsi çərçivəsində pilot təhsil proqramlarının hazırlanmasında, pedaqoji internaturatəcrübəsinin öyrənilməsində və Aİ, UNİCEF-in dəstəyi ilə Regional İnkişaf İctimai Birliyinin icra etdiyi İnkluziv təhsil layihəsinin və təhsillə bağlı bir-çox yerli və beynəlxalq layihələrin uğurla həyata keçirilməsində müstəsna işlər görmüşdür. Eldar Aslanov Almaniya Hökumətinin təqaüd proqramının, ABŞ Dövlət Departamentinin IVLP Proqramının iştirakçısı olmuş, 2015-ci il tarixində “Fəxri Turizm İşçisi” adını almışdır. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunmuşdur.
Nigar Rüstəmova, tədris işləri üzrə prorektor filologiya üzrə fəlsəfə doktoru, dosent. Fəaliyyəti dövründə ADMİU-nun Elmi Şurasının elmi katibi, Dissertasiya Şurasının elmi katibi, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti kimi Milli Məclisin III, IV, V çağırışlarında təhsil və elm sahələrində qəbul edilən qanunların hazırlanmasında yaxından iştirak etmişdir. Elm haqqında, Məktəbəqədər təhsil haqqında, Peşə təhsili haqqında, Ümumi təhsil haqqında Qanunların, Təhsil Qanununa edilən dəyişiklikliklər və digər sənədlərin hazırlanması zamanı təhsil qanunvericiliyinə aid mütərəqqi dünya təcrübəsindən faydalanmaq məqsədi ilə bir çox xarici universitet və beynəlxalq təhsil qurumları ilə əməkdaşlıq etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri vəzifəsində çalışaraq universitetin Avropa təhsil məkanına daha sürətlə inteqrasiya olunması, əmək bazarında tələb edilən yeni ixtisasların açılması, beynəlxalq təhsil proqramlarının yaradılması və s. məsələlərlə bağlı təkliflər hazırlamışdır. Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır.
Dosent Qafarov Qabil Əmək fəaliyyətinə 2006-cı ildə “Azərsutikinti” ASC - də sədr köməkçisi olaraq başlayıb. 2007/2012-ci illərdə ASC-nin Smeta, Layihə, İstehsalat və Sənaye şöbəsini müdiri, 2012/2013-cü illərdə isə müəssisənin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2013-2015-ci illərdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Aparat rəhbəri vəzifəsində çalışıb. 2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində YAP mərkəzi Aparatının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərdiyi təqdimat əsasında ölkə Prezidenti cənab İlham Əliyevin seçki qərargahının üzvü seçilib. 2016-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən Odlar Yurdu Universitetində Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışır.
AZ