İkinci Qarabağ müharibəsində təhsil işçilərinin qəhrəmanlıqlarından bəhs edən “Qəhrəman təhsil işçiləri” adlı kitab ADMİU Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan nəşr Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin üzvü, iqtisad elmləri doktoru Səttar Möhbalıyevin rəhbərliyi ilə tərtib olunmuşdur. Kitabda Vətən müharibəsində iştirak edən 760 nəfər təhsil işçisi haqqında məlumat verilir ki, bunlardan da 3 nəfəri universitetin əməkdaşıdır. Bunlar, mütəxəssis kimi çalışan Əsgərli Tərlan, Həsənov Əsgər və Hüseynov Arifdir. Müharibə iştirakçısı olan cəsur döyüşçülərin tanıdılması məqsədilə nəşrdə onların igidliyi, vətənpərvərliyi və qələbə dolu döyüş yolu geniş şəkildə öz əksini tapmışdır. Azərbaycan gəncinin əzmkarlığını bütün dünyaya nümayiş etdirən Vətən müharibəsi iştirakçılarından şəhidlik zirvəsinə ucalmış təhsil işçilərinin əziz xatirəsinin və qəhrəman əməkdaşların mübarizliyinin təbliğində “Qəhrəman təhsil işçiləri“ kitabı dəyərli vəsaitdir. Nəşrdən Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında istifadə etmək olar.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxana-İnformasiya Mərkəzi
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili nömrə 154)
E-mail: admiukitabxana@admiu.edu.az
AZ