ADMİU-nun Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının dosenti, kulturologiya üzrə fəlsəfə doktoru Aygün Eyvazlının yeni dərs vəsaiti çap edilmişdir. “Azərbaycanda gender problemi: yaranması və inkişaf xüsusiyyətləri” adlı tədris nəşri gender anlayışı, qadın hərəkatları, gender və mədəniyyət, tərbiyə prosesində gender xüsusiyyətlərinin nəzərə alınması, gender streotipləri və Azərbaycan mədəniyyətində gender problemi kimi mühüm və aktual mövzuları əhatə edir. Kitabın elmi redaktoru Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlı, rəyçiləri kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rəşad Əsəgərov və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənovadır. Dərs vəsaitindən Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında istifadə etmək olar.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxana-İnformasiya Mərkəzi
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili nömrə 154)
E-mail: admiukitabxana@admiu.edu.az
AZ