Noyabr ayının 30-da ADMİU-da Azərbaycanın dahi dramaturqu, filosof-şair Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş “Hüseyn Cavid və dünya romantizmində Şərq-Qərb təmasları” adlı konfrans keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil edilən beynəlxalq konfransa Azərbaycan, Özbəkistan və Türkiyəli alim və tədqiqatçılar böyük ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş məruzərlə qatılıblar. Tədbiri ADMİU-nun Beynəlxalq əlaqələr və tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli açaraq əsrarəngiz romantik lirikası və fəlsəfi dram əsərləri ilə nəinki Azərbaycan, hətta bütün Şərq aləminə özünəməxsus bədii yaradıcılıq irsi bəxş etmiş H.Cavidin poetikası və dramaturgiyası haqqında məruzə ilə çıxış edib. O, universitetin Kitabxana-İnformasiya Mərkəzinin hazırladığı “Hüseyn Cavid – 140” mövzusunda virtual ədəbiyyat sərgisini iştirakçıların diqqətinə təqdim edib. Sonra ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova konfrans iştirakçılarını salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Belə bir konfransın universitetdə təşkilini Hüseyn Cavid irsinin gənclər arasında təbliği baxımından yüksək qiymətləndirərək, bu gün aktuallığı ilə önə çıxan “Turançılıq” ideyasının möhkəmlənməsi baxımından Cavid əfəndinin əsərlərinin gənc nəslə aşılanmasının vacibliyini qeyd edib.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxana-İnformasiya Mərkəzi
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili nömrə 154)
E-mail: admiukitabxana@admiu.edu.az
AZ