Azərbaycan alimi, ictimai xadim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın yeni çoxcildli kitabları ADMİU-ya hədiyyə olunub. Xalq yazıçısının 7 cilddən ibarət "Seçilmiş əsərləri"nin 1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə "Kitabi-Dədə Qorqud" tədqiqatları, 5-ci cildinə dilçilik və poetikaya aid əsərləri, 6-cı cildinə intervyu və məqalələri, 7-ci cildinə onun haqqında ölkədə və xaricdə yazılan məqalə və kitablar, onlardan iqtibaslar və Kamal Abdullanın onlara münasibətini əks edən parçalar daxil edilib.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxana-İnformasiya Mərkəzi
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili nömrə 154)
E-mail: admiukitabxana@admiu.edu.az
AZ