ADMİU-nun “Teatrşünaslıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü Aydın Talıbzadənin yeni kitabı nəşr edilib. Yazıçının “Ramana” adlı romanında hadisələr üç müxtəlif müstəvidə şəbəkələnir və üç mühüm predmetin iştirakı ilə yığılır: Nərd, Telefon və Telekamera. Belə ki, romanda hər üç predmet əsərin dilsiz qəhrəmanıdır. Roman bir qumarbazın, bir nərd xiridarının Bakı-İsfahan-Ramana marşrutunda tale yaşantılarının, sevgisinin tarixçəsi, tədqiqatçının nərdin möhtəşəmliyi və mistikası haqqında apardığı söhbətləri və bir muzdlu əskərin müharibə bölgəsindən göndərdiyi video-selfiləridir. Onların hamısı 12 şəbəkə vasitəsilə bir-birinə birləşib bütövləşir.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxana-İnformasiya Mərkəzi
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili nömrə 154)
E-mail: admiukitabxana@admiu.edu.az
AZ