Kitabxana-İnformasiya Mərkəzinə tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevin müəllifi olduğu və yeni çapdan çıxan “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri” adlı kitab hədiyyə edilib. Bu maraqlı nəşr 2020-ci ilin sentyabr ayının 27-dən başlayan, 44 gün davam edən və Qarabağda işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinə, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Vətən oğullarımızın, Gəncə şəhidlərinin əziz xatirəsinə həsr olunub. Xronoloji ardıcıllıqla ensklopedik məlumat xarakterli kitab “AzPrint” mətbəəsində nəfis tərtibatda Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilib. Kitabın redaktorları Gülər Bayram və Sailə Məhərrəmqızıdır.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxana-İnformasiya Mərkəzi
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili nömrə 154)
E-mail: admiukitabxana@admiu.edu.az
AZ