ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin biblioqrafı və müəllimi Natiq Mürsəlov Latviyanın paytaxtı Riqa şəhərində 21-29 avqust 2023-cü il tarixlərində keçirilmiş “EU4Dialogue: Kitabxana icma mədəniyyət mərkəzi kimi” adlı yay məktəbində iştirak edib. Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil olunmuş beynəlxalq tədbirdə ilk 3 günlük seminar Riqa şəhərində “Mədəniyyətlərarası dialoqda kitabxanaların rolu” mövzusunda Latviya Milli Kitabxanasında keçirilib. Tədbirdə N.Mürsəlov bu il fəaliyyətə başlamasının 100 illiyi tamam olan ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin müasir innovasiya fəaliyyəti və rəqəmsal kitabxana xidmətləri haqqında təqdimatla çıxış edib. Xalqımızın qədim mədəniyyət və incəsənət tarixini özündə əks etdirən Azərbaycan, rus və ingilis dillərində nəşrlər Latviya Milli Kitabxanasına hədiyyə olunub.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxana-İnformasiya Mərkəzi
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili nömrə 154)
E-mail: admiukitabxana@admiu.edu.az
AZ