Azərbaycan Milli Kitabxanası tərəfindən ADMİU-ya notlardan ibarət yeni nəşrlər hədiyyə olunub. Kitabxananın “Milli musiqi xəzinəmiz”dən layihəsi əsasında oxuculara təqdim etdiyi görkəmli bəstəkarlarımızın nadir not məcmuələrinin yeni nəşrləri “Azərbaycan bəstəkarlarının klarnet və fortepiano üçün köçürmələri”, “Azərbaycan bəstəkarlarının truba və fortepiano üçün köçürmələri”, “Azərbaycan bəstəkarlarının seçilmiş pyeslər”, Q.Qarayevin “Yeddi gözəl baletindən iki fraqment”, “Leyli və Məcnun simfonik poema”, H.Rzayevin “Pyes”, A.Rzayevanın “Pyes”, S.Ələsgərovun “Lirik mahnı” və “İngilis nəfiri və fortopiano üçün iki pyes”dən ibarətdir. ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində çap və elektron variantda sahə mütəxəssislərinin istifadəsinə verilən nəşrlər ADMİU-nun Musiqi sənəti fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün dəyərli mənbələrdir.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxana-İnformasiya Mərkəzi
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili nömrə 154)
E-mail: admiukitabxana@admiu.edu.az
AZ